RU

"Putin mənim üçün kumir idi, indi o..." - Alla Puqaçova

Müğənni Alla Puqaçova uzun illərdən sonra müsahibə verərək Rusiyanı tərk etməsinin səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, o, bildirib ki, 2022-ci ilin payızında əri Maksim Qalkin və uşaqları Yelizaveta ilə Harri ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalıblar. Puqaçova səbəb olaraq ölkədə ailəsinə qarşı təzyiqlər və ictimaiyyətin sərt tənqidlərini göstərib. 

Puqaçova mühacirətə hazırlaşmadan getdiyini, əvvəl heç bir maddi təminatlarının olmadığını və yalnız köçdükdən sonra İsrail vətəndaşlığını almağa başladığını qeyd edib. Həmçinin, Rusiyaya gizli marşrutlar vasitəsilə səfərlər etdiyini və sonuncu dəfə ötən il orada olduğunu əlavə edib:

"Mən necə vətən xainiyəm? Deyirlər ki, dabanıma tüpürüb qaçmışam. Sanki uşaqlıqdan yumşaq divanda uzanmışam və ölkə məni qaşıqla yedizdirib. İşləməyimin, oxumağımın heç bir əhəmiyyəti yoxmuş. Adamın ixtiyarı var ki, təhqir olmasın. Çoxdan dedim ki, ölkəni tərk edə bilərəm o halda ki, Rusiya mənə xəyanət etsin, etdi də... Amma milyonlarla fanat mənə xəyanət etmədi ...

Uzun müddət düşündüm - Putin axmaq adam deyil. Mən onu tanıyıram. Mən ona səs verdim və çox sevindim: Birincisi, o, heyrətamiz dərəcədə düzgün sözlər söyləmişdi. Hətta Ukrayna haqqında. Düşündüyüm hər şeyi demişdi. O, sadəcə bir kumir idi. Təbii ki, indi mənim üçün şokdur" .

Müğənni həyat yoldaşı Maksim Qalkinlə evliliyini "əsl xoşbəxtlik" adlandırıb və əvvəlki beş nikahından yalnız birincisini (Mikolas Orbakas) və sonuncusunu (Maksim Qalkin) real saydığını bildirib. O, digər nikahlarının karyera və praktiki məqsədlərlə olduğunu açıqlayıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
23
milli.az

1Источники