RU

Marsda bəbir ləpiri izləri

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NASA alimləri Marsda aşkarlanan qeyri-adi qayaların bu planetdə keçmişdə həyat izlərinin ola biləcəyinə dair ən güclü sübutlardan birini təqdim etdiyini açıqlayıb.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, Perseverance aparatı Jezero kraterindəki qədim çay yatağında "bəbir naxışları" və "xaşxaş toxumu"na bənzər izlərin olduğu qeydə alıb. Alimlər bu izlərin milyardlarla il əvvəl mikroorqanizmlərin yaratdığı kimyəvi reaksiyalarla bağlı ola biləcəyini düşünür.

Tədqiqatçılar qeyd edir ki, bu mineral izləri Yer üzündə olsaydı, mikrobların fəaliyyəti ilə izah edilərdi. NASA isə məsələni dəqiq təsdiqləmək üçün qayaların Yerə gətirilərək laboratoriyada araşdırılmasının vacibliyini vurğulayır.

Mars bu gün quru və soyuq çöl görünüşündə olsa da, keçmişdə qalın atmosferə və su mənbələrinə malik olub. Perseverance 2021-ci ildən bəri planetdə həyat əlamətləri axtarışını davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
2
sitat.info

3Источники