RU

Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək

Yazını böyüt
Yazını kiçilt

Çernobıl AES-də qəza nəticəsində zərər çəkmiş vətəndaşların dərman preparatları ilə təmin olunması qaydasına dəyişiklik edilib.

Hafta.az xəbər verir ki, bu barədə Baş naziri Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, siyahıda ambulator müalicəsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının sırasına dərman vasitəsi kimi tibdə istifadə edilən psixotrop maddələr də əlavə edilib.

Həmçinin, bu qayda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər və şəhid ailələrinə də şamil edilib.

Избранный
43
29
hafta.az

10Источники