RU

Rus dili bölməsinin tamamilə ləğvi gündəmdə deyil - Nazir

Rusdilli məktəblər anlayışı yoxdur, Azərbaycan məktəblərində rus dili bölməsi var.

Day.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bizim yanaşmamız həmişə belə olub ki, insanlarımızın rus dilini bilməsi yaxşı haldır. Amma öz dilimizi bilmək şərti ilə. Bizim rus dilində əsas problemimiz müəllim çatışmazlığı ilə bağlıdır. Buna görə də rusdilli bölmələrin azalmaları ola bilər. Amma tamamilə ləğv edilməsi gündəmdə deyil", - deyə nazir əlavə edib.

Избранный
17
2
day.az

3Источники