RU

Anar Yaradıcılıq Evinin açılışına niyə qatılmadı? - "Məzuniyyətdəyəm..."

Ötən gün Bakıda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında AYB sədri, Xalq yazıçısı Anar Rzayevin iştirak etməməsi müzakirələrə səbəb olub. Anarın AYB sədirliyindən getdiyi iddia edilir.

 

Pravda.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün AYB sədri ilə əlaqə saxlayıb.

 

Xalq yazıçısı açılışa qatılmaması barədə suallara belə cavab verib: “Yaradıcılıq Evi açılıb, çox sağolsunlar. Prezident açıb, təşəkkür edirik. Yazıçılar üçün böyük bir hədiyyədir. Heç bir problem yoxdur. İndi məzuniyyətdəyəm”.

 

Aytəkin Qardaşova

Tarix: 11 Sentyabr 2025, 13:28   
Избранный
17
2
pravda.az

3Источники