RU

QHT sədri: “Saxta orden və medallarla sadəlövh insanları aldatmaq olmaz”

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanatla çıxış edərək bildirib ki, bir sıra QHT-lərin qanunla qadağan olunmuş fəaliyyətə yol verərək ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə məlumatlar yayılmaqdadır.

QHT.az xəbər verir ki, təcrübə göstərir ki, ötən dövrlərdə bu kimi hallara rast gəlinib və müəyyən narazılıqlar, ictimai qınaq yaranıb.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin sədri Fərman Nəbiyev açıqlamasında qeyd edib ki, bəzi QHT-lər saxta orden və medallar, yalançı mükafatlar təsis edərək sadəlövh adamları öz torlarına sala bilirlər:

"SSRİ dağılandan sonra “Qızıl Qələm” adı ilə təqdim olunan mükafatlar da bu qəbildəndir. İş o yerə çatıb ki, heç bir jurnalist fəaliyyəti olmayanlara da bu “mükafatı” vermək – təbii ki, qarşılığında pul qoparmaqla – adiləşib. Hüquq-mühafizə orqanları belə QHT-lərin fəaliyyətini ciddi araşdırmalıdır.”

Qeyd edək ki, Bəyanatda vurğulanır ki, qanunsuz təltiflər ictimai etimadı sarsıdır və hüquqi məsuliyyət yaradır.

Избранный
69
qht.az

1Источники