RU

“Zirə” braziliyalı futbolçu ilə anlaşıb

Bakı, 11 sentyabr, AZƏRTAC

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “qartallar” Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoeş” klublarında çıxış edib.

Избранный
12
12
azertag.az

10Источники