Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 64 milyon 589 min 400 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur.
Həmin dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4,5 faiz artaraq 2257,9 manat olub.