AZ

Naxçıvanda ÜDM istehsalı 5 faiz artıb

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 1 milyard 64 milyon 589 min 400 manat olub.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 4,5 faiz artaraq 2257,9 manat təşkil edib.

Seçilən
1
3
vergiler.az

8Mənbələr