RU

Polşa ordusu F-35-lərin ilk partiyasını 2026-cı ilin mayında alacağına ümid edir

Polşa Amerikanın beşinci nəsil F-35 qırıcılarının ilk partiyasını 2026-cı ilin mayında alacağını gözləyir.

Herbiand.az bildirir ki, bu barədə Polşanın baş naziri Donald Tusk sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya atdığı pilotsuz təyyarələrin Polşa səmasında məhv edilməsində iştirak edən pilotlar qarşısında çıxış edərkən bildirib.

“Ümid edirik ki, amerikalılar müəyyən edilmiş vaxta əməl edəcəklər. Biz istəyirik ki, F-35-lərin ilk partiyası may ayında sizə çatsın”, - baş nazir deyib.

Polşa 2020-ci ildə ABŞ-dan ümumilikdə təxminən 4,6 milyard dollar dəyərində Blok 4 konfiqurasiyalı 32 ədəd F-35A qırıcı sifariş edib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
57
herbiand.az

1Источники