Polşa Amerikanın beşinci nəsil F-35 qırıcılarının ilk partiyasını 2026-cı ilin mayında alacağını gözləyir.
Herbiand.az bildirir ki, bu barədə Polşanın baş naziri Donald Tusk sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya atdığı pilotsuz təyyarələrin Polşa səmasında məhv edilməsində iştirak edən pilotlar qarşısında çıxış edərkən bildirib.
“Ümid edirik ki, amerikalılar müəyyən edilmiş vaxta əməl edəcəklər. Biz istəyirik ki, F-35-lərin ilk partiyası may ayında sizə çatsın”, - baş nazir deyib.
Polşa 2020-ci ildə ABŞ-dan ümumilikdə təxminən 4,6 milyard dollar dəyərində Blok 4 konfiqurasiyalı 32 ədəd F-35A qırıcı sifariş edib.
Bəxtiyar CƏFƏRLİ