RU

Fransada Makron əleyhinə keçirilən aksiyalarda 540 nəfər saxlanılıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Fransada dünən keçirilən Emmanuel Makron əleyhinə etiraz aksiyalarında 540 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu həftə mərkəz sağçı Fransua Bayrunun hökumətinin süqutundan sonra Sebastyan Lekornu yeni baş nazir təyin edilib. Ölkə isə dünən Makronun siyasətlərinə qarşı kütləvi etirazlarla gündəmdə olub.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 müxtəlif nöqtədə keçirilən aksiyalara təxminən 200 min nəfər qatılıb.

“Gəlin hər şeyi dayandıraq” şüarı ilə keçirilən etirazlarda, 211-i Parisdə olmaqla ümumilikdə 540 nəfər saxlanılıb.

Aksiyalar, xüsusilə paytaxt Paris, Lion və Renn şəhərlərində zorakılıqlarla müşayiət olunub.

Etirazçılar polislərə müxtəlif əşyalar atıb, zibil qutularını yandıraraq yolları bağlayıblar. Polis isə etirazçılara qarşı bibər qazı və su şırnaqları ilə müdaxilə edib.

Избранный
31
turkic.world

1Источники