RU

Polşa Belarusla sərhədi BAĞLADI – Uçuşlar DAYANDIRILDI

Polşa Belarusla sərhədini qeyri-müəyyən müddətə bağlayıb.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Marçin Kervinski açıqlama verib.

Nazirin sözlərinə görə, sərhəd yalnız təhlükəsizlik tam təmin olunduqdan sonra açılacaq.

Bununla yanaşı, sentyabrın 10-dan etibarən Polşanın şərq bölgəsində uçuşlara məhdudiyyətlər tətbiq edilib. Qaydalara əsasən, həmin ərazidə mülki pilotsuz uçuş aparatlarının istənilən vaxt uçması qadağan olunub.

Yeni məhdudiyyətlərə görə, gecə yalnız hərbi təyyarələr, gündüz isə Polşa hakimiyyətinə əvvəlcədən məlumat vermiş hava gəmiləri uça biləcək. Qadağalar 9 dekabr 2025-ci ilədək qüvvədə olacaq və yalnız fövqəladə və xilasetmə uçuşlarına şamil edilməyəcək./Musavat

Избранный
16
2
sitat.info

3Источники