RU

Evdən 17 min manat pul oğurlandı - saxlanılan var

Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evlərin birindən oğurluq olub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək evindən 9000 dollar dəyərində qızıl-zinət əşyalarının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı S.Cəfərov müəyyən olunaraq saxlanılıb. 

Zirə qəsəbəsində marketlərin birindən isə 8000 manat oğurlamaqda şübhəli bilinən 22 yaşlı S.Məmmədov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.


Избранный
100
12
news24.az

10Источники