Beynəlxalq statistik analiz şirkəti "Opta"nın superkompüteri 2025/2026 mövsümündə UEFA Avropa Liqasının qalibinin kim olacağına dair ehtimalları açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, ən böyük şans “Aston Villa” klubundadır. İngiltərə təmsilçisi qalib gəlmə ehtimalı 21,6% ilə liderdir. İkinci pillədə İtaliyanın “Roma” komandası (12,8%), üçüncü yerdə isə “Nottingham Forest” (11,3%) qərarlaşıb.
Ən aşağı şanslara isə Niderlandın “Utrext” (0,5%) və Xorvatiyanın “Dinamo Zaqreb” (0,8%) klubları malikdir.
Qeyd edək ki, Avropa Liqasının 2025/2026 mövsümünün oyunları sentyabrın 24-də başlayacaq və mayın 20-də Türkiyənin İstanbul şəhərində, “Beşiktaş” stadionunda keçiriləcək final görüşü ilə yekunlaşacaq.
Hazırda Avropa Liqasının qalibi İngiltərənin “Tottenham” komandasıdır. “Şporyalar” son finalda “Mançester Yunayted”i məğlub edərək ilk dəfə avrokubokda titul qazanıblar.