RU

MİQ imtahanının ödənişli olması ilə bağlı nazirdən AÇIQLAMA

Bu imtahanın ödənişli olması əslində müəllimlərin üstünə bir məsluliyyət qoymaq üçündür, pul toplamaq deyil.

Day.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, MİQ imtahanına müraciət edənlərin hamısının imtahana gəlməməsi problemlərə yol açır:

"Məsəl üçün 12 min nəfər qeydiyyatdan keçir və bu imtahana 6 min nəfər gəlir. Biz bu imtahanlar üçün vəsait xərcləyirik. 10 mindən çox şəxs var ki, hər il imtahan verir və hər il də kəsilir. İnsanlar bunu ona görə edirdi ki, bu imtahan ödənişsiz idi. Bu imtahanın ödənişli olması əslində müəllimlərin üstünə bir məsluliyyət qoymaq üçündür, pul toplamaq deyil"- deyə nazir əlavə edib.

Избранный
11
2
day.az

3Источники