ain.az, Azxeber.com portalına istinadən məlumat verir.
Ukraynadan qaçaraq ABŞ-yə sığınan 23 yaşlı İrina Zarutska qatarla səyahət edərkən vəhşicəsinə bıçaqlanaraq öldürülüb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, gənc qızın öldürülməsi Trampın diqqətindən yayınmayıb.
O, "Truth" hesabında Zarutska barədə fikirlərini yazıb.
Tramp Zarutskanı bıçaqlayaraq öldürən amerikalının edam edilməli olduğunu deyib.
"Ukraynadan ABŞ-yə sülh və əmin-amanlıq axtarışına gələn gözəl gənc qadını vəhşicəsinə öldürən heyvan cəld mühakimə olunmalı və ona yalnız ölüm cəzası verilməlidir” - deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp Zarutskanın ailəsinə başsağlığı verib.
Mikayıl
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.