RU

72 mindən çox müəllimin əməkhaqqısı ARTIRILACAQ

Sertifkatlaşdırma prosesinin nəticəsi olaraq 7318 müəllimin fəaliyyətinə xitam verilib. 

News365.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində çıxışı zamanı qeyd edib.

Məlumata görə, 7 318 nəfər uğursuz nəticə göstərib, 7,9 min nəfər 60 yaş həddinə çatdığı üçün prosesdən kənarda qalıb. 39,2 min nəfər qənaətbəxş nəticə (30–50 bal), 17,4 min nəfər isə yüksək nəticə (51 bal və yuxarı) göstərib.

Həmçinin o qeyd edib ki, cari ilin sertifkatlaşdırması prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsil verənin əməkhaqqısına əlavələr ediləcək.

Избранный
12
3
news365.az

4Источники