Ali təhsil müəssisələrində təhsil haqqının qaldırılması dövlətin nəzarəti ilə həyata keçirilməlidir
TƏHSİL.BİZ xəbər verir ki, komitənin üzvü Ceyhun Məmmədov Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı bəzi universitetlərdə təhsil haqlarının qaldırılmasının ciddi narazılıq doğurduğunu bildirib. Onun sözlərinə görə, hər bir ali məktəb qiymətləri özbaşına müəyyənləşdirməməlidir.
Deputat təklif edib ki, təhsil haqları ilə bağlı qərarlar ya Nazirlər Kabineti, ya da başqa rəsmi təsdiq mexanizmi vasitəsilə tənzimlənməli, proses dövlət nəzarəti altında aparılmalıdır.