RU

MİQ üzrə müsabiqədə ödənişli iştirak namizədləri daha ciddi hazırlaşmağa sövq edəcək – Elçin Mirzəbəyli

Bakı. Trend:

Təklif olunan dəyişiklikdə müəllimlərin işə qəbulu üzrəimtahanda ilk dəfə iştirak edən bütün vətəndaşlar üçün tamamiləödənişsiz əsasların saxlanılmasını nəzərdə tutur. Bu, dövlətinsosial yönümlü siyasətinə tam cavab verir və vətəndaşların ilkcəhddə bərabərlik hüququnu məhdudlaşdırmır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü ElçinMirzəbəyli komitənin bugünkü iclasında “Ümumi təhsil haqqında”Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsizamanı deyib.

Millət vəkili bildirib ki, ödəniş yalnız təkrar müraciətlərdətətbiq olunur:

“Yəni, söhbət ümumi hüququn məhdudlaşdırılmasından deyil,resurslardan daha məsuliyyətli istifadənin təşviqindən gedir.

Digər tərəfdən, təklif olunan dəyişiklik ictimai və iqtisadizərurətdən irəli gəlir. Hər il minlərlə insan imtahanlarda iştirakedir və dövlət büdcəsindən ciddi vəsait sərf olunur. Təkrarmüraciətlərin çoxluğu isə əlavə maliyyə yükü yaradır.

Büdcənin qənaətlə idarə olunması dövlətin əsas vəzifələrindənbiri olduğu üçün prosesə bütün iştirakçı tərəflərin məsuliyyətləyanaşması zəruridir.

Layihədə sosial ədalət prinsipi tamamilə qorunur. Çünki əlilliyiolan şəxslər, şəhid ailələri, müharibə veteranları, aztəminatlıailələrin üzvləri və ilk dəfə müraciət edənlər bu ödənişdən tamazaddırlar. Bu istisnalar həm Konstitusiyanın bərabərlikprinsipinə, həm də dövlətin sosial siyasətinə uyğun olaraq ənhəssas təbəqələri müdafiə edir.

Təklif olunan dəyişiklik məsuliyyətli yanaşmanı təşviq edir.Təkrar imtahanların ödənişli olması namizədləri daha ciddihazırlaşmağa, ilk cəhddə uğur qazanmağa sövq edəcək ki, bu həmmüəllimlərin peşəkarlıq səviyyəsinə, həm də təhsil sistemininkeyfiyyətinə müsbət təsir göstərəcək.

Nəhayət, bu dəyişiklik beynəlxalq təcrübəyə də uyğundur. Bir çoxölkələrdə müəllimlərin işə qəbul proseslərinin təkrarmərhələlərində rüsum tətbiq olunur. Bu, nəinki hüquqların pozulmasıkimi, əksinə, ədalətli və məsuliyyətli idarəetmənin tərkib hissəsikimi qiymətləndirilir”.

Deputat vurğulayıb ki, ödənişli iştirak sistemi beynəlxalqpraktikada iki başlıca şərtə əsaslanır:

“Birincisi, ədalətlilik – yəni ödənişdən aztəminatlı və həssassosial qruplar azad edilir. Bizim layihədə də məhz bu mexanizmnəzərdə tutulur: təkrar imtahanlar zamanı əlilliyi olan şəxslər,şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrödənişdən azaddır.

İkincisi, məsuliyyətlilik – ödəniş mexanizmi namizədləri dahaciddi hazırlaşmağa və imtahana məsuliyyətlə yanaşmağa sövqedir”.

E.Mirzəbəyli qeyd edib ki, bu dəyişiklik dövlət büdcəsininsəmərəli istifadəsinə və müsabiqə iştirakçılarının məsuliyyətlidavranışına xidmət etdiyi üçün dəstəklənməlidir.

Избранный
26
6
az.trend.az

7Источники