RU

Ankarada ZƏLZƏLƏ OLDU

11:46 11.09.2025
11:46 11.09.2025

Son məlumata görə, Ankaranın Kalecik rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Mynews.az xəbər verir ki,bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ bu gün səhər saat 08:24-də, yerin təxminən 11 kilometr dərinliyində baş verib.

İlkin məlumatlara əsasən, təbii fəlakət nəticəsində hər hansı dağıntı və ya xəsarət alan olmayıb.


Избранный
16
2
mynews.az

4Источники