RU

Xətai rayonunda qaydaları pozan sürücülər məsuliyyətə cəlb ediliblər

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntusu törədən 6 sürücü müəyyən olunaraq saxlanılıb. İdarədən SİA-ya verilən məlumata görə, avtoxuliqanlıq edən “Hyundai” markalı, 77-US-937 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Həmçinin “Vaz21214” markalı, 77-YG-901, “Ravon” markalı, 77-FK-726”, “Vaz21214” markalı, 99-HO-110, “Vaz21214” markalı, 43-BF-108 və “Opel” markalı, 77-PU-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.

Избранный
17
13
sia.az

10Источники