RU

Avropa Liqasının favoritləri açıqlandı - "Fənərbağça" ilk "10-luq"da yoxdur

BAKI, 11 sentyabr. TELEQRAF

UEFA Avropa Liqasında 2025/2026 mövsümünün favoritləri açıqlanıb.

Teleqraf xəbər verir ki, siyahını "Opta" superkompüteri tərtib edib.

Superkompüter turnirin əsas favoriti kimi İngiltərənin "Aston Villa" komandasını görür - 21,6%. İkinci yerdə İtaliya "Roma"sı (12,8%), üçüncü yerdə İngiltərənin "Nottingem Forest" klubu (11,3%) qərarlaşıb.

Ən aşağı şans Niderland təmsilçisi "Utrext"ə (0,5%) verilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça"nın çempionluq imkanı 2,1%-dir.

Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsinin ilk turu sentyabrın 24-də keçiriləcək. Final oyunu isə mayın 20-də İstanbuldakı "Beşiktaş" stadionunda təşkil olunacaq.

Избранный
57
teleqraf.com

1Источники