RU

"1 müəllim çıxarılırsa, 9-nun maaşı artırılır" -

“4 mindən çox ibtidai sinif müəllimi ilə əmək müqaviləsinə xitam verilib. Onların əvəzinə daha yüksək ixtisaslı müəllimlər gətirilib”.Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib. Nazir bildirib ki, 90 faizdən çox müəllimin əməkhaqqısı artırılıb. Sertifikatlaşdırma sadəcə müəllimləri məktəbdən uzaqlaşdırmaqdan ibarət deyil: “Bir müəllim çıxarılırsa, 9-nun maaşı artırılır və müəllimlər də bu prosesi dəstəkləyir. Məktəblərdə müəllim keyfiyyəti sertifikatlaşdırma prosesi sayəsində artır”.

Emin Əmrullayev əlavə edib ki, sertifikatlaşdırmanın birinci mərhələsindəki suallar həmişə ictimaiyyətə açıqlanır və asan tərtib olunur: “Amma növbəti mərhələdə daha çox ibtidai sinif və dil müəllimləri üçün oxu və anlamaya, dinləyib anlamaya yönəlik suallar tərtib edirik. Çünki oxuyub anlama problemi çox geniş yayılıb”.

Избранный
56
metbuat.az

1Источники