RU

3 gün Bakıda balıq yarmarkası fəaliyyət göstərəcək - QİYMƏTLƏR

Kənd Təsərrüfatı Nazirliyinin "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin iştirakı ilə sabah Bakıda balıq yarmarkası keçiriləcək.

"Marja" xəbər verir ki, yarmarka 12–14 sentyabrda paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında yerləşən "Keşlə Balıq Bazarı" (3-cü mikrarayon dairəsi yaxınlığı) ərazisində fəaliyyət göstərəcək.

Məlumata görə, yarmarkada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunacaq.

Tədbir çərçivəsində dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsullarının satışı həyata keçiriləcək. Yarmarka çərçivəsində eyni zamanda kənd təsərrüfatı məhsullarının satışı da təşkil olunacaq.

 Ziyarətçilərə geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservləşdirilmiş məhsullar, dəniz məhsulları (krevetkalar və s.) təqdim olunacaq.

Təklif ediləcək qiymətlərdən bəziləri:

* Xan balığı (1 kq) – 4 manat

* Sazan balığı (1 kq) – 5 manat

* Ağ amur (Belamur) balığı (1 kq) – 6 manat

KəndTəsərrüfatıNazirliyiBalıqçılıqvəAkvakulturaMərkəziBakıbalıqyarmarkasıNəsimirayonuSeyidCəfərPişəvəriküçəsiKeşləBalıqBazarıbalıqməhsullarımakulqiymətXəzərdənizdənizməhsullarıkəndtəsərrüfatıməhsullarıdiritəzədondurulmuşsoyuqistihislənmişduzluədviyyatlıqurudulmuşkürülərkonservləşdirilmişkrevetkalarXanbalığıSazanbalığıAğamurqiymət
Избранный
19
8
marja.az

9Источники