RU

Millimizin oyunçusu Ukraynanı tərk etdi - “Neftçi“ni, yoxsa bu klubu seçəcək?

Millimizin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanı tərk edib.O, "Polessye”dən gedib.
Çünki o, klub karyerasının çətin dövrünü yaşayır.Mustafayev və daha 5 futbolçu bugünlərdə Jitomir klubunun əvəzedici heyətinə göndərilib.
Onların hamısının komandanın çalışdırıcısı Ruslan Rotanın planlarına daxil olmadığı bildirilir.
“Polessye” hazırda 3 xalla Ukrayna çempionatında 10-cu pillədə qərarlaşıb.
Bu mövsüm “Polessye”nin heç bir rəsmi görüşündə meydana çıxmayan Emil karyerasını Azərbaycanda davam etdirəcək. İki il öncə millimizdə debüt edən orta sahə oyunçusunun “Neftçi“ və “Sumqayıt“dan biriylə anlaşması gündəmdədir.
SPORTİNFO.AZ

Избранный
46
2
sportinfo.az

4Источники