RU

Bolqarıstan türkcə bilən AGENT AXTARIR

Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanın daxili və əks-kəşfiyyata cavabdeh qurumu olan Dövlət Milli Təhlükəsizlik Agentliyi (DANS) yeni agentlər üçün elan dərc edib.

Hafta.az-ın yazdığına görə, məşhur iş axtarış saytlarında dərc edilən elanda həm Sofiyadakı qərargahı, həm də Yambol şəhərində yeni kəşfiyyatçıların işə götürüləcəyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Sofiya qərargahına rus, türk, ərəb və fars dillərini mükəmməl bilən cəmi altı agent tələb olunur. Yambol vəzifəsi üçün xüsusi xarici dil tələbi yoxdur, lakin namizəd iqtisadi təhlükəsizlik sahəsində çalışacaq.

Elanda namizədlərin yalnız Bolqarıstan vətəndaşı olmasının vacibliyi, ikili vətəndaşların, xüsusən də Türkiyədən köçənlərin işə götürülməyəcəyi vurğulanıb.

Избранный
57
hafta.az

1Источники