
Şahzadə Harri atasını – Böyük Britaniya kralı III Karlı təxminən 1,5 ildən sonra ilk dəfə görüb. Bu barədə People yazır.Məlumata görə, şahzadə Harri xeyriyyə tədbirlərində iştirak etmək üçün bir neçə günlüyünə vətəninə qayıdıb. 10 sentyabrda o, Londondakı kral iqamətgahına gedib və burada atasının yanında bir saatdan az qalıb.Bundan əvvəl kral ailəsinin üzvləri sonuncu dəfə 2024-cü ilin fevralında görüşmüşdülər.Ulusum.az
Diqqət Çəkənlər
Qışa tərəvəzli ragu hazırlayırıq
ABŞ-da “dollar dövrünün sonu” müzakirə olunur
İlqar Nadiri vəzifəsindən ayrıldı