RU

“Havalandırma sisteminin səsindən qapı-pəncərə açmaq olmur” - VİDEO

Paytaxtın Bayıl qəsəbəsi, Əlibəyov qardaşları 10 ünvanındakı köhnə tikilidə yaşayan sakinlər ərazidəki yeni tikilidə quraşdırılan qurğudan narazıdırlar.

Onlar qeyd ediblər ki, iki ildən çoxdur ki, bu əziyyəti çəkirlər: “Binada qoca və xəstə sakinlər də yaşayır. Qurğunun səsindən yata bilmirik. Məsələ ilə bağlı qurumlara dəfələrlə müraciət etmişik, lakin dəyişən heçnə yoxdur. Havalandırma sisteminin səsindən nə evdə oturmaq, nə telefonla danışmaq, nə də qapı-pəncərə açmaq olur. Yayda 5 dəqiqə də olsun pəncərə aça bilmədik”.

MTK-nın nümayəndəsi Əfsanə Kərimova isə bildirib ki, istilik infrastrukturundan eşidilən səslərlə bağlı məlumatlıdırlar. Məsələnin aradan qaldırılması üçün texniki işlərə başlanılıb. 

Daha ətraflı videomaterialda:

Избранный
24
1
cebheinfo.az

2Источники