Türkiyənin Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb.
İstanbulun Küçükçekməcə Prokurorluğu Türkiyənin “Can” Holdinqində əməliyyat keçirib, 10 nəfərin saxlanılması barədə qərar verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Habertürk və Show TV də daxil olmaqla Holdinqə aid 121 şirkət dövlət nəzarətinə götürülüb.
Saxlanılanlar “cinayətkar dəstə yaratmaq”da, “qaçaqmalçılıq”da, “dələduzluq”da və “çirkli pulların yuyulması”nda ittiham olunurlar.