RU

Macarıstanda neft yatağı kəşf edilib

Hurriyyet.az xəbər verir ki, Macarıstanda sutkada min barrel neft hasilatı mümkün hesab edilən neft yatağı kəşf edilib.

Bu barədə MOL neft-qaz şirkəti məlumat verib. 

Nəşr qeyd edir ki, geoloji kəşfiyyat O&GD şirkəti ilə birgə aparılıb. Qalgaheviz şəhərinin yaxınlığındakı quyu "MOL Group" şirkətinin ümumi hasilatının təxminən 0,5%-ni təmin edəcək. Yatağın ehtiyatları təxminən 2,4 kilometr dərinlikdə yerləşir. "MOL Macarıstan" şirkətinin idarəedici direktoru Corci Baksın sözlərinə görə, yataq Macarıstanın enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər, çünki yerli istehsal idxaldan asılılığı azaldır.

Hürr Tərcüman

Избранный
33
1
hurriyyet.az

2Источники