RU

"Qəzzada fələstinlilərin kütləvi deportasiyasına başlanılacaq"

"Qəzzada

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəsmilərinin qaldığı binaya raket hücumu ilə onları məhv etməsi hərbi və kəşfiyyat baxımından İsrailə görə terrorçuluqda günahlandırdığı birilərinə qarşı nə qədər professional əməliyyat olubsa, bir o qədər də gətirdiyi rezonans baxımından maraqlı məqamlar yaradıb. Məsələ ABŞ-ın burdakı rolu, Qətərin strateji müttəfiqi və ərazisində on min əsgəri olan ABŞ-ın ərazisini qorumaqla mükəlləfiyyətli olduğu vəzifəsini yerinə yetirməməsi, manevrlər etməsidir.

Bunu "Xalq Cəbhəsi"nə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, ilk növbədə görünən odur ki, ABŞ bu əməliyyatdan xəbərdar olub, hətta təşkilatçısından biri olub. ABŞ tərəfinin verdiyi bəyanat isə sadəcə siyasi manevrdir.

İsrailin fəaliyyətində yeni bir nüans yoxdur. İsrail həmişə etdiyini edib, özünə düşmən hesab etdiyi adamları ortadan götürüb:

"O başqa məsələ ki, bunu başqa dövlətin ərazisində və ondan icazəsiz edib. Amma İsrail bunu da həmişə edib. Deməli, İsrail üçün dəyişən heç nə olmayıb. HƏMAS liderləri də əgər həlak olublarsa, dəfələrlə eyni vəziyyətə gərək düşməyəydilər. Öz təhlükəsizlikləri barədə öncədən tədbir almalı idilər. Düşməninin kim olduğunu unutmalı deyildilər. Bir həqiqəti hamı bilməlidir ki, ABŞ Yaxın Şərqə nə Türkiyəyə hücum etmək üçün, nə də kürdlərə dövlət qurmaq üçün gəlib. ABŞ Yaxın Şərqdə İsrail dövlətini təhlükələrdən qorumaq üçün vardır və hərbi bazaları da buna görə mövcuddur. HƏMAS-ın yerdə qalan liderlərinə qarşı edilən bu sui-qəsd isə fələstinlilərin müqavimətinin tamamilə yox edilməsinə hesablanıb. Hesab edirəm ki, yaxın müddətdə Qəzzada fələstinlilərin kütləvi deportasiyasına başlanılacaq. Hadisələr buna doğru gedir.

Cavid

Избранный
7
xalqcebhesi.az

1Источники