RU

Qazaxıstan Çinə sərhəddə əməliyyat keçirdi: 21 nəfər saxlanıldı

BAKI, 11 sentyabr. TELEQRAF

Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində qanunsuz şəkildə qızıl və digər qiymətli metallar çıxaran 19 əcnəbi və 2 yerli vətəndaşı saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qanunsuz mədən sahəsində aparılan əməliyyat zamanı ekskavatorlar, buldozer və qırıcı qurğular aşkar edilərək müsadirə olunub.

Saxlanılan 19 əcnəbinin hansı ölkə vətəndaşı olduqları açıqlanmayıb.

Qeyd edək ki, Şərqi Qazaxıstan vilayəti Rusiya və Çinlə sərhəddə yerləşir.

Избранный
61
teleqraf.com

1Источники