RU

Rus bölmələrində oxuyan şagirdlərin valideynlərinə nə mesajlar gəlir?..


Elçin Əfəndi: “Rus bölməsi üzrə şagird sayının az olması dərs saatının azalmasına səbəb olacaq”

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Dərs ilinin başlamasına bir neçə gün qalsa da, bəzi problemlər də ortaya çıxıb. Məlumdur ki, son zamanlar Rusiya ilə münasibətlər isti deyil. Bu da rus sektoru üzrə təhsilə təsir göstərib.

Məlumata görə, rus bölməsi üzrə dərs deyən müəllimlər valideyn qruplarına səs göndərərək siniflərdə şagirdlərin toplanmadığını deyirlər. Hətta MİQ imtahanından keçən bəzi müəllimlər də bununla bağlı şikayət edirlər. Şagirdlər yığılmadığı halda o müəllimlər işsiz qalırmı? Bu necə kompensasiya olunur?

“… plan yerlərinin dolmaması müəllimlərin ixtisarına səbəb olacaq və onlar işsiz qalacaq”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ötən illərlə müqayisədə bu il dövlət təhsil müəssisələrinin rus bölməsinə müraciət azdır: “Bunun müəyyən səbəbləri var. İlk olaraq deyim ki, ölkəmiz müstəqil siyasət yürüdür, müstəqil dövlətdir. Hər bir vətəndaş ölkə daxilində Azərbaycan təhsilinə önəm verməli, azərbaycan dilində danışmalıdır. Digər bölmələr isə azsaylı xalqlar üçün nəzərdə tutulub. Onların da təhsil almaq hüququ konstitusiya ilə təmin olunur. Çox təəssüflər olsun ki, son illər azərbaycanlı ailələr məhz rus bölməsinə üstünlük verirdi. Bu istiqamərdə fərqli bir tendensiya formalaşmışdı. Ancaq son zamanlar Rusiyanın Azərbaycana qarşı ikili standart sərgiləməsi, eyni zamanda, rus dilindən siyasi alət kimi istifadə olunması artıq insanları düşünməyə vadar etdi ki, onlar bu dildə təhsil almasınlar. Yaranmış vəziyyət artıq öz nəticəsini göstərir. Demək olar ki, dövlət təhsil müəssisələrində rus bölməsi üzrə plan yerləri azalır. Rus bölməsi üzrə plan yerləri azalanda bu dilə də münasibət dəyişir. Sevindirici haldır li, insanların düşüncəsi azərbaycan dilində təhsilə doğru dəyişir”.

Həmsöhbətimizin sözlərinə görə, rus bölməsi üzrə şagird sayının az olması dərs saatının azalmasına səbəb olacaq: “Auditoriyada tələbə sayı tam deyilsə və ya şagird sayı azdırsa bu vəziyyət pedaqoqlara təsir edəcək. Əvvəllər bir məktəbdə hansısa sinif üzrə 3 rus dilli sinif olurdu. Şagird sayı az olanda bu say 1-ə düşəcək. Təbii ki, bu hal müəllimlərin ixtisarına səbəb olacaq və onlar işsiz qalacaq”.

Günel CƏLİLOVA

Избранный
70
baki-xeber.com

1Источники