Ajans.az xəbər verir ki, bu barədə ABŞ-nin enerji naziri Kristofer Rayt bildirib. Onun sözlərinə görə, 2025-ci ilin sonuna kimi spot müqavilələrlə Rusiyadan qaz almaq mümkündür: "Rusiyadan 2026-cı ildə müqavilə əsasında qaz almaq olar. Amma 2027-ci il yanvarın 1-i gələn kimi Rusiya qazı olmayacaq".

Siyasətçi əlavə edib ki, ABŞ Avropa bazarlarına mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edəcək.