Avropa İttifaqı ABŞ-a 2026-cı ilin sonuna qədər Rusiya qazından tamamilə imtina edəcəyinə söz verib.
AzPost-un məlumatına görə, bu barədə ABŞ-ın enerji naziri Kristofer Rayt CNBC-yə bildirib. Onun sözlərinə görə, avropalı siyasətçilər gələn ilin sonuna qədər Rusiya qazının istənilən formada alınmasını dayandıracaqlarına söz veriblər.
“Bu ilin sonuna qədər spot müqavilələr əsasında Rusiya qazını ala bilərlər. 2026-cı ildə müqavilə əsasında Rusiyadan qaz ala bilərlər. Amma 2027-ci il yanvarın 1-i gələn kimi daha Rusiya qazı olmayacaq”, – Rayt bildirib.
O qeyd edib ki, Avropa İttifaqı hələ də qazın 15%-ə qədərini Rusiyadan alır. Amerikalı nazir əlavə edib ki, Aİ-nin il yarımdan sonra digər təbii qaz tədarükçülərini tapmağa vaxtı olacaq.