RU

Türkiyədə qərar tutdu

Vissam Ben Yedderin növbəti iş yeri müəyyənləşib.

Fransa yığmasının sabiq hücumçusu karyerasını Türkiyədə davam etdirəcək. 35 yaşlı futbolçu “Sakaryaspor”la anlaşıb. Bu barədə 1-ci liqa klubunun mətbuat xidmətinin yaydığı məlumatda Ben Yederlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Vissamın sonuncu klubu “Sepahan” (İran) olub. O, daha əvvəl “Monako”, “Sevilya” və “Tuluza”da da çıxış edib. Təcrübəli futbolçunun Fransa yığmasında 19 oyuna 3 qol vurduğunu da qeyd edək.

Избранный
30
football-plus.az

1Источники