RU

Ramil Şeydayev “Neftçi”yə lazım olmadı - Rəsmi

“Neftçi” Azərbaycan milli komandasının da üzvü olan Ramil Şeydayev ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” hücumçuya gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 2024-cü ilin yayında Bakı klubuna transfer olunmuş Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) akademiyasının yetirməsi olan Ramil Şeydayev Rusiya, Türkiyə, Slovakiya, Azərbaycan və Tailand klublarında çıxış edib. O, karyerası ərzində “Qarabağ”, “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Rubin”, “Zenit”, “Buriram Yunayted”, “Trabzonspor”, “Kocaelispor” kimi klubların formasını geyinib. Hücumçu Azərbaycan milli komandasında da 69 oyuna çıxıb, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

error: Məzmun qorunur!
Избранный
4
7
arena.az

10Источники