AZ

Jando Fuş “Qəbələ”də - Rəsmi

Kamerun əsilli fransalı mərkəz yarımmüdafiəçisi Jando Fuş bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Sonuncu iş yeri İsrailin “Bney Saxnin” klubu olmuş futbolçu bu yay sözügedən komandanı tərk edəndən özünə yeni iş yeri axtarırdı.

Jando Fuş karyerasına Fransanın “Soşo” klubunda başlayıb. Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunmuş futbolçu İsrail klubu “Makkabi”nin (Hayfa) formasını geyinib. Şotlandiyada “Dandi Yunayted”, İngiltərədə isə “Piterboro Yunayted”in heyətində çıxış etmiş Fuş “Bney Saxnin”ə 2024-cü ilin yayında qoşulmuşdu.

Fuş Fransanın U-19 və U-20 milli komandalarının şərəfini qorusa da, əsas millidə debüt şansı qazanmayıb. Bu üzdən də o, Kamerunun əsas millisində oynamağa qərar verib. O, bu komandanın heyətində 2 oyuna çıxıb.

Xatırladaq ki, “Qəbələ” daha öncə Rüfət Əhmədov, Salihu Nasiru, Xayme Syerra, Prins Ovusu, Paulo Kimbila, İsaak Amoa, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.

error: Məzmun qorunur!
Seçilən
0
7
arena.az

10Mənbələr