RU

Milli fasilə İstanbul nəhənglərinə zərbə vurdu

Milli komandaların oyunları Türkiyə klublarına yaxşı təsir etməyib.

Fanat.Az xəbər verir ki, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın futbolçuları ard-arda zədələnərək oyuna davam edə bilməyilər.

Nigeriya – Ruanda matçında "Qalatasaray"ın hücumçusu Viktor Osimhen zədələnərək oyunu yarımçıq tərk edib.

Yaponiya – Meksika görüşündə "Fənərbağça"nın futbolçusu Edson Alvares zədələndi və matça davam edə bilmədi.

Nigeriya – Cənubi Afrika oyununda isə "Beşiktaş"ın oyunçusu Vilfred Endidi zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

Beləliklə, milli fasilə Türkiyə nəhənglərinə üzücü xəbərlərlə gəlib.

Kamil Xudiyev

Избранный
71
1
fanat.az

2Источники