RU

Dron hücumundan sonra Polşa rus diplomatı xalça üzərinəçağırıb...

...Polşa Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşı çağırıb. Buna səbəb Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozması olub.

SİA-nın məlumatına görə, bu barədə The Guardian xəbər verir.

Rusiyalı diplomat Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq və ona etiraz notası veriləcək.

O, saat 13:00-dan əvvəl şöbəyə gəlməli idi. Sentyabrın 10-na keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatları NATO üzvü olan Polşanın hava məkanını pozub.

Hava təhlükəsini dəf etmək üçün təyyarələr səmaya qaldırıldı.

Əli Babayev

Избранный
17
1
sia.az

2Источники