RU

Ermənistanın hərbi büdcəsi azalacaq

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Ermənistan 2026-cı ildə müdafiə xərclərini azalda bilər".

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki,, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.

O qeyd edib ki, 2026-cı ildə müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirəcək. "Biz 2026-cı ildə müdafiə xərclərini 2025-ci illə müqayisədə isə artırmağı deyil, əksinə, azaltmağı planlaşdırırıq", - baş nazir qeyd edib.

N.Paşinyan əlavə edib ki, Ermənistan 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb:

"Bu artım müəyyən təxirəsalınmaz ehtiyaclarla bağlı olub. Məsələn, biz 2030 və ya 2035-ci ildə ödəməli olduğumuz borcları və öhdəlikləri azaltmağı məqsədəuyğun hesab etdik", - o qeyd edib.

Qeyd edək ki, 2025-ci ildə Ermənistanın müdafiə xərcləri 20% artaraq 664 milyard dram (1,71 milyard dollar) təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
6
oxu.az

7Источники