RU

Puqaçovadan ŞOK AÇIQLAMA: “Kiriçenko məni aldatdı, uşaqlarımı ‘casusun övladları’ adlandırdılar”

Məşhur rusiyalı müğənni Alla Puqaçova Rusiyanı tərk etdikdən sonra ilk dəfə açıqlama verib və ölkədən gedişinin səbəblərindən danışıb.

Musavat.com xəbər verir ki, Puqaçovanın sözlərinə görə, o, həyat yoldaşı Maksim Qalkinin “xarici agent” elan edilməsindən iki gün əvvəl Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriçenko ilə görüşüb. Söhbət zamanı Kiriçenko ailəyə qarşı hakimiyyətin heç bir iradı olmadığını bildirib. Puqaçova isə bu sözlərə inanaraq ona vida zamanı “Sağ ol, Sergey” deyib.

Lakin az sonra Qalkin “xarici agentlər” siyahısına salınıb. Pugaçova qeyd edib ki, bundan sonra övladları məktəbdə “casusun uşaqları” kimi təhqirlərə məruz qalıb.

Müğənni bildirib ki, bütün bu hadisələrdən sonra o, iki övladını götürərək, cəmi 30 min dollarla Rusiyanı tərk edib: “Heç bir planım yox idi, başqa ölkə pasportum da yox idi. Sadəcə uşaqlarımı qorumaq üçün getdim”.

Musavat.com

Избранный
5
1
musavat.com

2Источники