Məşhur rusiyalı müğənni Alla Puqaçova Rusiyanı tərk etdikdən sonra ilk dəfə açıqlama verib və ölkədən gedişinin səbəblərindən danışıb.
Lakin az sonra Qalkin “xarici agentlər” siyahısına salınıb. Pugaçova qeyd edib ki, bundan sonra övladları məktəbdə “casusun uşaqları” kimi təhqirlərə məruz qalıb.
Müğənni bildirib ki, bütün bu hadisələrdən sonra o, iki övladını götürərək, cəmi 30 min dollarla Rusiyanı tərk edib: “Heç bir planım yox idi, başqa ölkə pasportum da yox idi. Sadəcə uşaqlarımı qorumaq üçün getdim”.