RU

Rüfət Əhmədov yenidən “Qəbələ”də!

“Qəbələ” futbol akademiyasının yetirməsi olan sol cinah müdafiəçisi Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

Arena.az bu barədə “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir.

Belə ki, 22 yaşlı sol cinah müdafiəçisisi “Turan Tovuz”dan icarəyə götürülüb. O, mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq.

Karyerası ərzində “Kəpəz”də də çıxış etmiş Rüfət Əhmədov Azərbaycanın U-21 milli komandasının heyətində 9 oyun keçirib.

“Qəbələ” Əhmədovu “Turan Tovuz”a 2024-cü ilin yayında 25 min avro müqabilində satmışdı. Müdafiəçi Tovuz klubunun heyətində meydana çıxdığı 16 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Əhmədov vaxtilə “Qəbələ”nin əsas komandasının heyətində də 30 oyuna çıxıb, 2 qol ötürməsinin müəllifi olub.

Qeyd edək ki, “Qəbələ” buna qədər Salihu Nasiru, Xayme Syerra, Prins Ovusu, Paulo Kimbila, İsaak Amoa, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim Sanqareni də heyətinə cəlb edib.

error: Məzmun qorunur!
Избранный
2
7
arena.az

10Источники