RU

Fikirlərimə qıcıq olurlar Jurnalistdən məcburi köçkünlərə sərt sözlər

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Jurnalist Səidə Bəkirqızı sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Belə ki, o, çıxışı zamanı bəzi keçmiş məcburi köçkünlərin Qarabağa qayıtmadığını, hələ də əvvəl yaşadıqları mənzillərdə qalmağa davam etdiklərini deyib. Jurnalistin bunun ədalətli olmadığını vurğulaması əksəriyyət tərəfindən narazılıqla qarşılanıb.

Globalinfo.az məsələ ilə bağlı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.

O bildirib ki, keçmiş məcburi köçkünlər sözügedən çıxışına qıcıq olurlar:

“Çünki dediklərim həqiqəti əks etdirir və hədəfi dəqiq vurur. Bəzi məcburi köçkünlərin həm Qarabağda evi var, həm də əvvəl yaşadıqları mənzildən çıxmaq istəmirlər. Bu fikirdə qeyri-adi heç nə yoxdur, əksinə, həqiqət olduğu üçün etirazlara səbəb olur. Görünür, dediyim sözlər bəziləri üçün acı gəlib. Kaş, keçmiş məcburi köçkünlər çıxışlarıma qarşı belə səfərbər olduqları kimi, Birinci Qarabağ müharibəsi dövründə də eyni birlik və iradə ilə hərəkət edərdilər. Bəlkə də o zaman torpaqlarımızın iki faizi də işğal olunmazdı”.

Jurnalist qeyd edib ki, real vəziyyət ortadadır:

“Laçında onlarla ev kirayə verilir. Əgər kiminsə başqa evi yoxdursa, necə olur ki, dövlətin verdiyi mənzili kirayə verib hələ də əvvəl qaldığı yerdə yaşayır? Deməli, söylədiklərim doğrudur. Keçmiş köçkünlərin çoxu iki ev sahibidir və əvvəl yaşadıqları mənzildən çıxmaq istəmirlər. Biz şəhidlər vermişik ki, Qarabağa qayıdaq. Dövlətin bu istiqamətdə konsepsiyası var, böyük yenidənqurma işləri görülür. Ona görə də keçmiş məcburi köçkünlərə təklif edirəm ki, Qarabağa gedib oradakı inkişafı görsünlər. Bəlkə o zaman dediklərimin səbəbini daha yaxşı anlayarlar. Bu cür reaksiyalar məni sındırmır, əksinə, daha da möhkəmləndirir. Kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq həqiqətləri deməyə davam edəcəyəm”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
89
globalinfo.az

1Источники