RU

Ece Seçkin və əri Çağrı Terlemez'i təhdid edən şəxs azad edildi

Ece Seçkin və əri Çağrı Terlemez'i təhdid edən şəxs azad edildi

News365.az xəbər verir ki, müğənni Ece Seçkin və əri pilot Çağrı Terlemez’i 4 ildir təhdid edən A.U.S. dünən polis tərəfindən saxlanılmışdı. Əməliyyatlardan sonra Bakırköy Adliyesinə təqdim edilən şəxs, məhkəmənin qərarı ilə polis nəzarəti altında azad buraxılıb.

Ece Seçkin daha əvvəl açıqlamasında bildirib ki, A.U.S. onu və əri Çağrı Terlemez’i uzun müddətdir təhqir edib, ölüm təhdidləri göndərib və onların həyatını kabusa çevirmişdir. Müğənni qeyd edib ki, şəxs hətta birbaşa yanlarına gələrək onları öldürməyi hədəfləyib və bu səbəbdən azad edilməməlidir.

Bakırköy Cumhuriyyət Baş Prokurorluğu isə Sulh Ceza Hakimliyinin qərarına etiraz edib. Məlum olub ki, 43 yaşlı A.U.S. əvvəllər “qəsdən xəsarət yetirmə” cinayəti ilə məhkum olunub.

News365.az

Избранный
15
news365.az

1Источники