RU

Məktəb çağında uşaqların sağlam inkişafı üçün tövsiyələr

6–12 yaş arası uşaqlar məktəb dövrünə aid edilir və bu mərhələdə onlar fiziki, psixoloji və sosial baxımdan mühüm dəyişikliklər yaşayırlar. Uşaqlar bu dövrdə oxuma-yazma öyrənir, dostluq münasibətləri qurur, fərdi inkişaf və cinsiyyət fərqliliyinin dərkini yaşayırlar.
 

Pravda.az bildirir ki, valideynlər hər bir uşağı fərdi şəkildə qiymətləndirməli, onu digərləri ilə müqayisə etməməli və inkişaf mərhələlərindəki fərqlilikləri normal qarşılamalıdır. Sosial media təsirləri səbəbilə uşaqların səhv qiymətləndirilməsi və yanlış məlumatlardan istifadə isə onların psixoloji durumuna zərər verə bilər.
 

Ekspertlər tövsiyə edir ki, uşaqların əsas hüquqları olan qidalanma, sağlamlıq və təhsil təmin edilməli, onlara sevgi və dəyər hiss etdirilməlidir. Ev mühitinin təhlükəsiz və dəstəkçi olması, uşağın fikirlərinə hörmətlə yanaşılması, suallarının diqqətlə cavablandırılması vacibdir. Həmçinin, uşaqların maraq və xobbiləri (idman, musiqi və s.) sərbəst seçim əsasında dəstəklənməlidir.
 

Mütəxəssislər vurğulayır ki, valideynlər uşaqlara qarşı səbirlə davranmalı, çətinliklərdə müvafiq mütəxəssislərə müraciət etməkdən çəkinməməlidir. Ən əsası isə valideynlər öz davranışları ilə övladlarına nümunə olmalıdır.


Əminə Bayramova 

Tarix: 10 Sentyabr 2025, 17:17   
Избранный
80
pravda.az

1Источники