RU

Təranə-Musa cütlüyü ikinci qızlarına da toy edir – “18 yaşı sabah tamam olur və...”

Müğənni Təranə Qumral “Tarixin bir günü” verilişində qızı Sevgimlə bağlı səs-küylü açıqlama verib.

Yenisabah.az xəbər verir ki, sənətçi bildirib ki, Sevgim sabah 18 yaşını tamamlayır və ailəvi dostlarının oğlu ilə qızının gələcəkdə ailə qurması istisna deyil:

“Sevgimlə bağlı dostluğumuz qohumluğa çevriləcək, sirri açım, toy da ola bilər”, – deyə müğənni vurğulayıb. Dominos pizza

Verilişin aparıcısı Tarix Əliyevlə söhbət zamanı studiyada maraqlı anlar yaşanıb. Aparıcının “Sevgimin sabahı 18 yaşı tamam olur” sözləri qarşı tərəfdə təəccüb doğurub. 

Sevgim isə aparıcının “Valideynlərin sənin yerinə qərar verməsinə icazə verərsənmi?” sualına belə cavab verib:

“Əgər düzgün adamdırsa, ailəsini düşünürsə, bəli”.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
42
yenisabah.az

1Источники