RU

Çinlə Azərbaycan arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

“CRCT Qazaxıstan” beynəlxalq logistika şirkətinin nümayəndələriBakı Limanının imkanları ilə tanış olublar.

Trend xəbərverir ki, 10 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan“Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı”MMC-nin direktoru Eldar Salahov “CRCT Qazaxıstan” (CRCT – Çin DəmirYolu Konteyner Daşımaları Korporasiyasının törəmə müəssisəsi)beynəlxalq logistika şirkətinin baş direktoru Day Hanşeninrəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək, potensialəməkdaşlıq sahələrini araşdırmaq və Çinlə Azərbaycan arasında dəmiryolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüslərmüzakirə olunub.

Həmçinin görüşdə tərəfdaşlıq münasibətlərininmöhkəmləndirilməsi, nəqliyyat və logistika sektorlarında qarşılıqlıartım və inkişaf üçün yeni imkanlarının müəyyənləşdirilməsi barədəfikir mübadiləsi aparılıb.

Sonda qonaqlar Bakı Limanının terminalları, texniki imkanları vəəməliyyat prosesi ilə tanış olublar.

Çinlə
Çinlə
Çinlə
Çinlə
Məqalədə:
Избранный
18
4
az.trend.az

10Источники